Mətləb Ağanın yeni kitabı çap olundu

Mətləb Ağanın yeni kitabı çap olundu
10 noyabr 2015
# 12:38

Mətləb Ağanın ”İnsanlıq üçün 41 variasiya” adlanan yeni kitabı çıxıb. Kulisin məlumatına görə 3 fəsildən ibarət olan kitabda ümumilikdə 41 publisistik məqalə, müsahibə, müəllifin haqqında yazılan ürək sözləri və seçmə şeirləri toplanıb.

“Ədalət Ağaoğlunun ən gözəl qəzası”, “Ümid etmə və qorxma”, “Planer mühəndisliyindən səhra tülkülüyünədək. Rommelin hekayəti”, “Xeyirxahlıq, Henri Kramer və avtobusdakı qoca haqqında”, “Yakovun skripkasının havasında yazılmış aprel tezisləri”, “Rahibin gülüşü” kimi və digər maraqlı yazıların yer aldığı kitab 500 tirajla nəşr olunub.

Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində işıq üzü görüb.

# 1054 dəfə oxunub

Müəllifin son yazıları

# # #