Mahatma Qandinin külü oğurlandı

Mahatma Qandinin külü oğurlandı
4 oktyabr 2019
# 11:14

Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin küllərinin bir hissəsi oğurlanıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə 1949-cu ildən Bapu Bravan muzeyində saxlanılan küllərin bir hissəsinin oğrulandığı muzey rəsmiləri tərəfindən təsdiq olunub.

Oğruların Qandinin portreti üzərinə “xain” sözləri yazdığı da məlum olub.

Muzey rəhbərliyinin sözlərinə görə 2 oktyabr Qandinin ad günü olduğundan səhər erkən saatlarında işə gələrək, muzeyin qapılarını açıb. Geri qayıdanda isə küllərin oğurlandığını, portretin isə təhqir olunduğunu görüb.

Xatırladaq ki, Mahatma Qandi 1948-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib.

# 2018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #