Düşənbədə milli irs sərgisi açılıb

Düşənbədə milli irs sərgisi açılıb
22 may 2025
# 10:00

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, Tacikistan Milli Muzeyində reallaşan mərasimdə Azərbaycan və Tacikistan respublikalarının mədəniyyət nazirləri, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.

Ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.

Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir.

Qeyd edək ki, sərgi 44 günlük Vətən müharibəsində ordumuzun şanlı zəfərinin beşinci ildönümünə həsr edilib.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #