Facebook kimləri bədbəxt edir?

Facebook kimləri bədbəxt edir?
27 dekabr 2016
# 11:53

Bayram tətili boyunca Facebook-da çox zaman keçirmək və "mükəmməl" ailələr və onların bayram şəkillərini görmək sizi şən yox, kədərli edəcək, araşdırma deyir.

Kopenhagen Universitetinin apardığı tədqiqata əsəsən, sosial mediadan aşırı istifadə, qısqanclıq hissləri yarada bilər.

Xüsusilə də, heç kimlə əlaqə saxlamadan ekran arxasından xəbərləri "güdmək" belə hisslər yarada bilər.

Araşdırma, sosial mediadan bir müddət uzaq qalmağı təklif edir.

Facebook'ta Başkalarını 'İzlemek' Mutsuzlaştırıyor!

Əksəriyyəti qadınlardan ibarət 1000 nəfərdən çox adamın iştirak etdiyi tədqiqat göstərir ki, "Facebook kimi sosial şəbəkələrdən daimi istifadə, insanların əhvalına və həyatdan məmnunluğuna neqativ təsir göstərə bilir."

"Real olmayan sosial müqayisələr"

Tədqiqatçılar xəbərdarlıq edir ki, uzun müddət başqa insanların "real olmayan sosial müqayisələrdən" qaynaqlanan sosial media hekayələrini izləmək, qısqanclıq və "əhval korlanmasına" səbəb ola bilər.

Əgər uzun və sıxıcı saatlar boyu ekrana baxıb, digərlərinin hekayələrindən təngə gəlirsinizsə, o zaman araşdırmaçılar bunun başqa yollarını təklif edirlər.

Araştırmacılar, başkalarının sosyal medya sayfalarına çok fazla vakit ayıran ve gerçekçi olmayan karşılaştırmalar yapan kişilerin olumsuz duygulara kapılabileceklerini söylüyor.

Kiber-psixologiya, Davranış və Sosial Şəbəkələşmə jurnalında dərc olunan bir tədqiqat, sosial mediada başqaları ilə aktiv əlaqə qurub söhbətləşməyin daha pozitiv təcrübə olduğunu göstərir.

Bu, "passiv" istifadəçilərin sosial media səhifələrini "pusub" kefsiz olmaqlarından daha yaxşıdır.

Araştırmacılar, saatlerce bilgisayar ekranına bakarak sosyal medyada vakit geçirenlere yeni bir yöntem önerdiler...

Əhvalı yüksəltmək üçün başqa bir yanaşma isə, sosial mediadan bir həftə istifadə etməməkdir.

O da ki, əgər xizək tətillərindən paylaşılan şəkilləri görmək tamahınıza müqavimət göstərməyi bacarsanız.

www.bbc.com/azeri

# 1258 dəfə oxunub

Müəllifin son yazıları

# # #