Bu gün şeir gecəsi keçiriləcək

Bu gün şeir gecəsi keçiriləcək
22 iyun 2016
# 10:53

Bu gün saat 19:30-da Nizami Kino Mərkəzində “Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək. Kulis.azın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir gənc şairlərə həsr olunacaq.

Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin ölkə daxilində və beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, poetik axşamlara marağın və diqqətin artırılması, eləcə də, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilməsidir. Layihə ölkə mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması və yeni istedadlı yazarların aşkar olunması baxımından da əhəmiyyətlidir.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #