Milli Kino Günü qeyd olunub

Milli Kino Günü qeyd olunub
2 avqust 2019
# 18:48

Milli Kino Günü qeyd olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun 121 illiyinə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin təbrikini kino xadimlərinə çatdırıb.

Nazir müavini Azərbaycan kinosunun qazandığı uğurlar barədə danışıb.

Daha sonra bir qrup kino xadimi mükafatlandırılıb.

Sonda isə gənc rejissorlar Kamal Yaşarın "Dan Yeli", Pərviz Həsənovun "Soraq" və Orxan Ağazadənin "Oturacaqlar" filmləri nümayiş olunub.

# 2323 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #