Bob Dilan türk əsilliymiş

Bob Dilan türk əsilliymiş
13 oktyabr 2016
# 16:13

Bu ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Bob Dilan keçən il yayımlanan “Chronicles” avtobioqrafiyasında türk əsilli olduğunu yazıb. Kulis.Az türk mətbuatına istinadən xəbər verir ki, məşhur amerikan rok ifaçısı xatirələrində atalarının İstanbuldan Kağızmana (Qarsda yer adı), ordan da Trabzon və Odessaya köç etdiyini yazır.

1960-cı illərin etirazçı müğənnisi Bob Dilan həyatı və 40 illik yaradıcılığından bəhs edən üç cildik kitabının ilk cildində belə bir cümlə yazıb: “Nənəm trabzonlu idi və soyadı da Qırğızdı”. Naşir Bob Dilanın avtobioqrafik kitabını möhtəşəm sənət əsəri kimi qiymətləndirir. Dilan kitabında kağızmanlı olan nənəsinin və babasının Trabzondan Cənubi Rusiyada bir liman şəhəri olan Odessaya, ordan da Amerikaya gəldiyini yazır.

# 948 dəfə oxunub

Müəllifin son yazıları

# # #