Bu şəkil aləmi qarışdırdı

Bu şəkil aləmi qarışdırdı
28 avqust 2015
# 12:37

Avstraliyanın Sidney şəhərində bir barın meyvələri çılpaq qadının üzərində süfrəyə verilməsi ciddi reaksiya doğurub. Açılış gecəsində tropik tərzdə parti təşkil edilən Cruise adlı barda çəkilmiş, üzəri meyvələrlə örtülü qadın fotoları Facebookda yayılıb.

İngiltərənin “Telegraph” qəzetinin xəbərinə görə bar sahiblərinin qoyduğu şəkillər sosial media istifadəçilərinin tənqidlərinə tuş gəlib. Bar sahibləri isə səhifədə yazıblarmış: “Açılış gecəsi inanılmaz idi. Daha çox foto sabahı gözləyin”

Bundan sonra bir istifadəçi: “Qadın bədəninə bu münasibətinizi və onları boşqab kimi istifadə etməyinizi qınayıram, sizin bara gəlməyəcəm, əmin olun”,- deyib.

# 1091 dəfə oxunub

Müəllifin son yazıları

# # #