Rostropoviç yad edilib

Rostropoviç yad edilib
1 mart 2018
# 09:55

Fevralın 28-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində dünya şöhrətli violonçel ifaçısı Leopold Rostropoviçin anadan olmasının 126-cı ildönümünə həsr edilmiş “L.V.Rostropoviç yaradıcılığının erkən dövrü” adlı tədbir təşkil olunub.

Tədbiri açan muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova Leopold Rostropoviçin həyat və yaradıcılığının 1914-1916-cı illəri əhatə edən Bakı dövründən danışıb. O qeyd edib ki, burada yaşayan L.Rostropoviç aktiv pedaqoji fəaliyyətlə məşğul olub, tez-tez xeyriyyə konsertləri verib. “Kaspi” və “Bakı” qəzetlərində onun barəsində çox yazırdılar. Bakılı tamaşaçıların səmimi rəğbətini qazanan maestro paytaxtımızın musiqi həyatına böyük töhfə verib.

Sonra Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #