Xalq rəssamı Nazim Bəykişiyev vəfat etdi

Xalq rəssamı Nazim Bəykişiyev vəfat etdi
9 sentyabr 2025
# 08:30

Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.

Ailə üzvlərinin verdiyi məlumata görə, xalq rəssamı bir neçə saat əvvəl yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Bəykişiyev bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, eləcə də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.

# 204 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər