Şeyx Əbdül xəstəxanaya yerləşdirildi: "Əsəb və qocalıq məni öldürdü"

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi:  "Əsəb və qocalıq məni öldürdü"
22 oktyabr 2025
# 18:00

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Kulis.az-ın məlumatına görə, bu barədə Lent.az-a danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb.

“Sağ tərəfimdə quruma gedir, uyuşur. Bronxlarım yaxşı vəziyyətdə deyil, məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü”.

Qeyd edək ki, sənətkarın səhhəti həkim nəzarəti altındadır.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər