Türkiyəli yazıçı vəfat etdi

Türkiyəli yazıçı vəfat etdi
1 noyabr 2021
# 17:41

Yazıçı Doğan Akanlı Berlində ağciyər xərçəngindən 64 yaşında vəfat etdi. “İtirilmiş dənizlər”, “Dənizi gözləyərkən”, “Gəlincik tarlası”, “Qiyamət gününün hakimləri”, “Madonnanın son xəyalı”, “Atasız günlər” kimi əsərlərin müəllifi olan Akanlı, insan hüquqları sahəsindəki işləri ilə də tanınırdı.

Doğan Akanlı, 1957-ci ildə Türkiyənin Şavşat-Artvin bölgəsində anadan olub. 1985-87-ci illərdə Metris Hərbi Həbsxanasında siyasi səbəblərdən tutulur və həbsdən çıxandan sonra 1991-ci ildə Almaniyaya köçür. Alman dilindən Türk dilinə tərcümələr, radiolara proqramlar, ədəbi müsahibələr və açıqlamalar edir və ədəbiyyat jurnallarına yazılar yazır.

2010-cu ildə xəstə atasını ziyarət etmək üçün İstanbula gələn yazıçı valyuta mübadiləsi quldurluğunda ittiham edilərək, həbs edilir və 2011-ci ildə azadlığa çıxır.

“Recherche International” adlı qurumdan araşdırmaçı jurnalist olaraq işləyən Akanlıya tarix və mədəniyyət sahəsindəki xidmətlərinə görə 2013-cü ildə “Pfarrer-Georg-Fritze” İnsan Haqları mükafatı, 2019-cu ildə isə “Gothe” medalı layiq görülüb.

# 1835 dəfə oxunub

Müəllifin son yazıları

# # #