“Türk filmləri həftəsi” təşkil olunacaq

“Türk filmləri həftəsi” təşkil olunacaq
13 dekabr 2022
# 17:50

Bakıda “Türk filmləri həftəsi” təşkil olunacaq.

Kulis.az xəbər verir ki, “Türk filmləri həftəsi” dekabrın 17-dən 21-dək Nizami Kino Mərkəzində keçiriləcək.

"Film həftəsi" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.

“Film həftəsi”nin açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur.

Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #