Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə

Tramp səmimiyyətsizlikdə günahlandırıldı – Məşhur müğənniyə görə
27 avqust 2026
# 14:50

Kantri musiqisinin dünyaca məşhur siması Dolli Partonun vəfatından sonra ABŞ Prezidenti Donald Trampın ölkədə bayraqların yarıya endirilməsi barədə verdiyi sərəncam ictimaiyyətdə ziddiyyətli qarşılanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Truth Social" hesabında sənətçini "əvəzolunmaz əfsanə" adlandıraraq onun xatirəsinə bir həftəlik matəm elan etdiyini bildirib.

Bu jest ilk anda təqdir olunsa da, sənətçinin pərəstişkarları Tramp administrasiyasının və Respublikaçıların Partonun təsis etdiyi xeyriyyəçilik layihələrinə qarşı addımlarını xatırladaraq bu başsağlığını səmimiyyətsizlikdə günahlandırıblar.

Müğənninin 1995-ci ildən bəri uşaqlara 330 milyondan çox pulsuz kitab paylayan "İmagination Library" savadlılıq proqramının büdcəsinin Respublikaçıların nəzarətindəki ştat idarələri tərəfindən kəsilməsi böyük narazılığa səbəb olub.

Həmçinin Partonun Uşaq Xəstəlikləri Tədqiqat Mərkəzinə bağışladığı ianələrə qarşılıq olaraq, Tramp administrasiyasının uşaq səhiyyəsinə ayrılan tibbi qrantları ixtisar etməsi tənqid atəşinə tutulub.

Qeyd edək ki, musiqi irsi ilə yanaşı böyük xeyriyyəçi kimi tanınan Dolli Partonun ailəsi və "The Dollywood Foundation" fondu sənətçinin arzularını yaşatmaq üçün ianələrin onun başlatdığı savadlılıq layihəsinə yönləndirilməsini xahiş edib.

# 135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər