Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirildi

Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirildi
11 oktyabr 2022
# 16:44

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.

Bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq.

Qeyd edək ki, o, bundan əvvəl vida mərasiminin Heydər məscidində keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib. Onun nəşi sabah Bakıya gətiriləcək və Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

# 6496 dəfə oxunub

Müəllifin son yazıları

# # #