"Tolstoy" festivalının builki mövzusu - Ailə səadəti

"Tolstoy" festivalının builki mövzusu -  Ailə səadəti
7 iyul 2025
# 12:04

Tolstoyun “Yasnaya Polyana”dakı ev muzeyində doqquzuncu dəfə "Tolstoy" Beynəlxalq Teatr Festivalı keçirilib.


Kulis.az xəbər verir ki, bu il festivalın builki konsepsiyası böyük yazıçının az tanınan, lakin dərin mənalı əsərlərindən biri olan "Ailə səadəti" romanı üzərində qurulub.

"Tolstoy" Beynəlxalq Teatr Festivalı – 2016-cı ildən bəri hər il “Yasnaya Polyana”da açıq havada keçirilən mədəni tədbirdir.

Tədbir kameralı və ev mühiti şəraitində baş tutub. Xatırladaq ki, son illərdə keçirilən festivallar yazıçının "Hərb və sülh", "Anna Karenina" kimi ölməz əsərlərinə həsr edilmişdi.

Festival çərçivəsində Yasnaya Polyananın 15 məkanında 25-dən artıq teatr tamaşası, musiqi proqramları, kino nümayişləri, mühazirələr təqdim olunub. Xüsusi olaraq festival üçün "Pux i prax" teatrı "levin tərk etdiyi ev” adlı tamaşa hazırlayıb.

Səhnə əsəri Tolstoyun gündəlikləri, şəxsiyyəti və müasirlərin xatirələri əsasında qurulub.

Qeyd edək ki, festival Lev Tolstoyun yaradıcılığına və həyatına əsaslanan ənənəvi və eksperimental teatr tamaşalarını geniş ictimaiyyətə təqdim edir.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

# # #