"Tıq-tıq xanım" tamaşasının premyerası keçirildi

"Tıq-tıq xanım"  tamaşasının premyerası keçirildi
15 yanvar 2024
# 15:41

"Tıq-tıq xanım" tamaşasının premyerası keçirildi.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, 13, 14 yanvarda Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası uğurla baş tutub.

Tamaşasının quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımov, rejissoru Müşviq Əliyev, rejissor assisenti Fuad Cavadzadə, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Tuncay Hüseynova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir.

Balaca tamaşaçıların böyük marağına səbəb olan, fərqli, müasir üslubda hazırlanan səhnə əsərində aktyorlar Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak edirlər.

Uşaqların sevimli nağıllarından biri olan "Tıq-tıq xanım" əsasında hazırlanan səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dosluğuna zərər vurur. Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.

# 691 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #