“The Comeback King” filminin treyleri yayımlandı

“The Comeback King”  filminin treyleri yayımlandı
19 noyabr 2026
# 18:51

Qlen Pauellin baş rolda çəkildiyi “The Comeback King” filminin ilk treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, rejissor Cudd Apatoun yeni ekran işi karyerası enişə keçən kantri musiqiçisi Obri Kinqin hekayəsindən bəhs edir.

Müğənninin keçmiş sevgilisi onu xəyanətdə ittiham etdikdən sonra şəxsi qalmaqal sənətçinin karyerasını alt-üst edir. Obri isə həyatını yenidən qurmaq üçün təhsil almağa, universitetə qayıtmağa qərar verir.

Filmin aktyor heyətində Kristi Milioti, Miranda Lambert, Celli Roll, Bred Peysli və Reba Makentayr kimi adlar var. Musiqi dünyasının tanınmış simalarının iştirakı ekran işinin kantri musiqi mühiti ilə əlaqəsini daha da gücləndirir. “The Comeback King” 2027-ci il fevralın 5-də kinoteatrlarda nümayiş olunacaq.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər