Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi
16 avqust 2023
# 16:20

Belarus yazıçısı və ssenaristi Viktor Karamazov vəfat edib.


Kulis.az xəbər verir ki, Belarus yazıçısı və ssenaristi Viktor Karamazov 90 yaşında vəfat edib.

Karamazov Moqilev vilayətinin Çerikov şəhərində müəllim ailəsində anadan olub. Belarus Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika fakültəsini bitirib. Bir müddət jurnalistika ilə məşğul olub.

Roman, novella və povestlərin, publisistik nəsrin, esselərin, sənədli filmlərin müəllifidir.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #