Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq
21 sentyabr 2026
# 11:40

"Ulduz müharibələri" (“Star Wars”) kainatının yaradıcısı Corc Lukasın 17 il əvvəl xəyal etdiyi "Lucas Museum of Narrative Art" nəhayət Los-Ancelesdəki "Exposition Park"da ziyarətçilərini qəbul etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, 1 milyard dollar dəyərində olan bu nəhəng muzey təkcə "Star Wars" rekvizitlərinə deyil, Frida Kalo, Benksi, Norman Rokvell və məşhur komiks rəssamlarının əsərlərinə ev sahibliyi edəcək.

Məşhur çinli memar Ma Yansons tərəfindən bulud formasında layihələndirilən bina yüksək incəsənətlə kütləvi mədəniyyəti bir araya gətirir.

Eksponatlar arasında Frida Kalonun "Meksikanın Mona Lizası" adlandırılan nadir avtoportreti, Benksinin orijinal divar rəsmləri, Kasius Kulicin "Poker oynayan itlər" tablosu və "Star Wars" filmindən Şahzadə Leyanın Xatt Cabbanı boğduğu səhnəni əks etdirən heykəl yer alır.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər