Tanınmış müğənninin xatirəsinə muzey açıldı

Tanınmış müğənninin xatirəsinə muzey açıldı
7 oktyabr 2026
# 12:30

Görkəmli amerikalı kantri ifaçısı Dolli Partonun həyat və yaradıcılığına həsr olunmuş yeni muzey sənətçinin avqust ayında 80 yaşında vəfat etməsindən sonra Tennessi ştatının Neşvil şəhərində qapılarını ziyarətçilərə açıb.

Kulis.az xəbər verir ki, "Dolly’s Life of Many Colors" adlanan 20 min kvadratmetrlik muzey sənətçinin adını daşıyan otelin daxilində yerləşir.

Muzeydə Partonun uşaqlıq illərindən səhnə kostyumlarına, "Dollywood" parkından xeyriyyəçilik fəaliyyətlərinə qədər zəngin irsi nümayiş olunur.

Sərgilənən eksponatlar arasında sənətçinin uzun müddət itkin düşdüyü zənn edilən, lakin bir il əvvəl sandıqda tapılan orijinal gəlinliyi də yer alır.

Partonun prodüseri Stiv Sammerz onun sağlığında böyük həyəcanla gözlədiyi bu layihənin açılışını görmədən dünyasını dəyişməsinin hər kəs üçün kədərli olduğunu deyib.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər