Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi
18 avqust 2026
# 16:30

Braziliya kino və teatr sənətinin canlı əfsanəsi, görkəmli aktrisa Laura Kardozu San-Pauluda 98 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin ölüm xəbərini ailəsi onun rəsmi "İnstagram" hesabında paylaşdığı açıqlama ilə təsdiqləyib.

Məlumata görə, aktrisa bazar ertəsi gecəsi evində səhhəti pisləşdikdən sonra dünyasını dəyişib.

80 ildən çox davam edən zəngin yaradıcılıq yoluna malik Laura Kardozu 15 yaşında radio tamaşalarında iştirak edib.

O, 1952-ci ildən isə televiziya ekranlarında görünməyə başlayıb.

Karyerası ərzində 60-dan çox serialda və yüzdən çox ekran işində yer alan aktrisa Braziliya televiziyasında ən çox rola imza atan sənətçi kimi tarixə düşüb.

O, Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan "Şokolad və istiot", "Hindistan yolları" və "Qabriela" kimi məşhur seriallarda unudulmaz obrazlar yaradıb.

Aktrisa zəngin yaradıcılığı boyu San-Paulu Sənət Tənqidçiləri Assosiasiyasının beş mükafatına və Qramado Festivalının "Oskarito" mükafatına layiq görülüb,

2006-cı ildə isə ölkə prezidenti tərəfindən Braziliyanın yüksək "Mədəniyyət xidmətlərinə görə" ordeni ilə təltif edilib.

Sənətçinin son layihəsi 2025-ci ildə çəkilmiş "Dona Rosinha" adlı qısametrajlı film olub.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər