Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
23 fevral 2024
# 09:00

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Xatırladaq ki, bu il görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.

# 621 dəfə oxunub

Müəllifin son yazıları

# # #