Sprey qutularından hazırlanmış heykəl oğurlandı

Sprey qutularından hazırlanmış heykəl oğurlandı
25 iyul 2025
# 11:33

Kristofer Skot bir neçə oğurluq hadisəsindən ibarət silsilə cinayətlər zamanı sprey boya qutusundan hazırlanmış bir heykəli də oğurlayıb. Hadisə yerli sənət qalereyalarından birində baş verib.

Kulis.az xəbər verir ki, oğurluq hadisəsi bir neçə gün ərzində ardıcıl şəkildə həyata keçirilib və oğurlanan əşyalar arasında yüksək dəyərə malik olan sənət əsərləri də var. 44 yaşlı Kristofer Skottun oğurladığı sənət əsərinin Nyukasldakı Klarendon İncəsənət Qalereyasına aid imiş.

Fransız küçə rəssamı Breynuoşun sprey qutularından hazırladığı heykəlin 10.000 funt-sterlinq dəyərində olduğu bildirilib.

Qeyd edək ki, Kristofer ələ keçirildikdən sonra günahını etiraf edib və 3.5 il müddətinə həbs edilib.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

# # #