Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar Azərbaycan tarixinin Orta əsrlər dövrünə dair dəyərli faktlar üzə çıxarıb.
Kulis.az xəbər verir ki, burada ilk araşdırmalara hələ XX əsrdən etibarən başlanıb. Qazıntıların əsas məqsədi şəhərin yaranma tarixi, inkişaf mərhələləri, mədəniyyət və təsərrüfat həyatını öyrənmək olub.
Aparılan qazıntılar zamanı zəngin arxeoloji materiallar: şəhərin qala divarları, müdafiə istehkamları, mis və gümüş sikkələr, bəzək əşyaları, müxtəlif formalı saxsı qablar, məişət əşyaları, məscid qalıqları və digər dini tikililər aşkar edilib.
Qeyd edək ki, artefaktlar aktlaşdırılaraq qoruğun fonduna təhvil verilib.