“Mattel” şirkəti məşhur müğənni Selin Dionun 1998-ci ildə “Oskar” mükafatlandırma mərasimindəki obrazından ilhamlanaraq “Barbie” gəlinciyi hazırlayıb.
Kulis.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Həmin gecə sənətçi Ceyms Kemeronun “Titanik” filminin saundtrekini səhnədə ifa edib.
Selin Dion mərasimə tünd göy rəngli libasda qatılıb.
Müğənninin boynunda isə filmdə yer alan məşhur “Okeanın ürəyi” boyunbağısının bənzəri olub.
Yeni “Barbie” gəlinciyi müğənninin həmin gecədəki görünüşünü əks etdirir.
Qeyd edək ki, Selin Dion ötən ilin sentyabrında altı illik fasilədən sonra ilk dəfə bu yaxınlarda konsert verib.