Saşa Baron Koenin məşhur Ali G obrazı ilə qayıdışı yeni qalmaqal yaradıb.
Kulis.az xəbər verir ki, “Ali G: Who Iz I?” satirik filmində görünən El Paso dairəsi Respublikaçılar Partiyasının sədri Maykl Abud aktyoru məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Abud film çəkilişində iştirak edərkən bunun immiqrasiya mövzusunda sənədli layihə olduğunu düşündüyünü deyir. Sonradan çəkilən materialın satirik komediyada istifadə olunması onun etirazına səbəb olub.