Şakira Dünya Çempionatı mahnısının gəlirlərini uşaqlara bağışlayacaq

Şakira Dünya Çempionatı mahnısının gəlirlərini uşaqlara bağışlayacaq
27 iyul 2026
# 12:22

Məşhur kolumbiyalı müğənni Şakira Dünya Çempionatı mahnısından əldə edəcəyi bütün gəliri xeyriyyəçiliyə ayıracaq.

Kulis.az xəbər verir ki, müğənni verdiyi açıqlamada 2026 Dünya Çempionatının rəsmi mahnısı olan "Dai Dai"dən qazanacağı bütün müəllif hüququ gəlirlərini uşaqlan təhsilinə ianə edəcəyini deyib.

Sənətçi həmçinin qarşıdakı konsert turu çərçivəsində satılan hər biletdən əldə ediləcək gəlirdən bir dollar ayrılacağını və eyni təhsil fonduna köçürüləcəyini bildirib.

Qeyd edək ki, müğənni uzun illər boyu ehtiyac sahibi uşaqlar üçün məktəblər açıb və təhsilə dəstək verməsi ilə gündəmə gəlib.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər