Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn olunub.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Əsrik Cırdaxan kəndindəki evində vida mərasimindən sonra Məmməd İsmayıl kənd qəbiristanlğında torpağa tapşırılıb.
Dəfn mərasimində şairin ailə üzviləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
***
13:27
Şair Məmməd İsmayılla Tovuz rayonunda vida mərasimi keçirilir.
Kulis.az APA-ya istinadən xəbər verir ki, şairin nəşi anadan olduğu Əsrik Cırdaxan kəndindəki evinə gətirilib.
Vida mərasimindən sonra Məmməd İsmayıl kənd qəbiristanlğında dəfn ediləcək.
Xatırladaq ki, Məmməd İsmayıl avqustun 19-da vəfat edib.