Mona Liza sayağı... – Mətləb Ağanın şeiri

Mona Liza sayağı... – Mətləb Ağanın şeiri
14 oktyabr 2016
# 12:17

Kulis.az Mətləb Ağanın “Sonra payız da keçdi” şeirini təqdim edir.

***

...sonra payız da keçdi,

fevral-filan da sonra...

gözdən düşdü fəsillər,

elə bir anda sonra ...

...və bir stansiyaydı,

qatar-filan da vardı...

üstəlik, qarşılayan,

yola salan da vardı...

...perrondaydın, vaqonda?

daha fərqi də yoxdu...

şəkil doluydu hər yer,

bir o sərgidə yoxdu...

...qəribəydi olanlar,

amma bir az bayağı...

...baxıb gülümsəyirdin

Mona Liza sayağı...

# 1419 dəfə oxunub

Müəllifin son yazıları

# # #