"Dünən xəstəxanadan evə buraxılmışam, iki aylıq müalicə yazıblar, hazırda müalicə alıram".
Kulis.az xəbər veir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Şahnaz Haşımova deyib.
Xalq artisti yenidən həkim müayinəsinə gedəcəyini əlavə edib: “On gündən sonra yenidən müayinəyə gedəcəyəm. Bu günlər ərzində dövlət səviyyəsində, Mədəniyyət Nazirliyi səviyyəsində qayğı gördüm, buna görə bir daha təşəkkür edirəm”.
Şahnaz Haşımova iki aylıq müalicədən sonra koronor angioqrafiya (anju – ürək damarlarının tutulmasından sonra damarların yuyulması) müayinəsinin aparılacağını da deyib: “İndi qüvvətim zəifdir, beynimə görə risk etmədilər, müalicədən sonra ediləcək”.
Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova bir neçə gün öncə səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib, dünən isə həkimlərin məsləhəti ilə evə buraxılıb.