Sabir Rüstəmxanlı: "Aparıcıların bəzi verilişləri çox ciddi narahatlıqlar doğurur”

Sabir Rüstəmxanlı:  "Aparıcıların bəzi verilişləri çox ciddi narahatlıqlar doğurur”
14 aprel 2023
# 13:30

"Televiziya bir vaxtlar cəmiyyətin inkişafında necə rol oynayıbsa, bu gün əksinə, cəmiyyətin parçalanmasında müəyyən rol oynayır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Televiziyalarda şou-proqramlar, xüsusi aparıcıların bəzi xüsusi verilişləri çox ciddi narahatlıqlar doğurur”, - o, əlavə edib.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

# # #