Rusiyanın Xalq artistini fırıldaqçılar aldatdı

Rusiyanın Xalq artistini fırıldaqçılar aldatdı
22 avqust 2024
# 17:15

Fırıldaqçılar tərəfindən aldadılan Rusiyanın Xalq artisti Larisa Dolina məhkəməyə müraciət edib.

Kulis.az xəbər verir ki, müğənni Moskvada elit bir mənzil satıb və əməliyyatdan böyük məbləği naməlum şəxsin hesabına köçürüb. Məbləğin 180 milyon rubl olduğu bildirilib.

Dolina indi Xamovnikidəki mənzilinin alıcısını məhkəməyə verib. Bu barədə "Shot" teleqram kanalı yazıb. Bildirilir ki, müğənni indi mənzili yeni sahibini - 34 yaşlı tək ana Polina Lurini məhkəməyə verməyə çalışır. Avqustun 19-da məhkəməyə ərizə daxil olub, sənətçi sövdələşmənin etibarsız sayılmasını tələb edir. Məhkəmə Dolinanın tələblərini təmin edərsə, o, əmlakı geri alacaq, lakin alıcıya 112 milyon rublu qaytarmalı olacaq.

Dəbdəbəli mənzilin yeni sahibinin boşanmış moskvalı olduğu dəqiqləşdirilir. Polina Luri uşağı tək böyüdür. Əvvəllər o, Moskva mühəndislik və konsaltinq şirkətində işləyib.

# 463 dəfə oxunub

Müəllifin son yazıları

# # #