Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq

Robert De Nironun çəkildiyi film illər sonra ekranlara qayıdacaq
20 noyabr 2026
# 10:22

Görkəmli Hollivud aktyoru Robert De Niro Ben Stiller ilə baş rolları paylaşdığı məşhur komediya film seriyası "Meet The Parents" layihəsinin yeni hissəsi — "Focker In-Law" filminin London premyerasında ekran işinin 16 illik fasilədən sonra çəkilməsinin səbəblərindən danışıb.

Kulis.az xəbər verir ki, 83 yaşlı aktyor hələ 2010-cu ildə "Little Fockers" çəkilərkən rejissor Con Hamburq və Ben Stillerə yeni davam filmi yazmağı təklif etdiyini deyib.

Onun sözlərinə görə, keçmişdəki bu təklifə rejissorlar tərəfindən məhəl qoyulmayıb.

Aktyor nəsillərin dəyişməsi baxımından seriyanın indi ekranlara qayıtmasının məqbul olduğuna diqqət çəkib.

Yeni filmdə Qreq Fokkerin böyümüş övladlarını Skayler Qisondo və Bini Feldşteyn canlandırır.

Pop ulduzu Ariana Qrande isə Qreqin gələcək gəlini obrazı ilə ailəyə daxil olaraq yeni qarışıqlıqlara səbəb olur.

Stiller özünün vaxtilə Cek Birnslə (Robert De Niro) yaşadığı problemləri indi ata kimi oğlu ilə yaşamasının ilk filmin ruhuna qayıtmaq üçün əla fürsət olduğunu vurğulayıb.

Qeyd edək ki, film 25 noyabrda kinoteatrlarda nümayişə çıxacaq.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər