“Respublikanın qartalları” filmi Oskara namizəd göstərildi

“Respublikanın qartalları” filmi Oskara namizəd göstərildi
27 avqust 2025
# 14:20

İsveç Tarik Salehin “Respublikanın qartalları” filmini 2026-cı il Oskarın “Ən Yaxşı Beynəlxalq Bədii Film” nominasiyası üçün irəli sürüb.

Kulis.az xəbər verir ki, siyasi triller janrında olan film Fares Fares, Lina Xudri və Zineb Trikinin iştirakı ilə ekranlaşdırılıb.

Film noyabr ayında İsveçdə keçiriləcək Stokholm Beynəlxalq Film Festivalının açılış filmi olacaq.

Qeyd edək ki, “Respublikanın qartalları” ekran əsərinin dünya premyerası may ayında Kann kino festivalında müsabiqə proqramında keçirilib və Toronto Beynəlxalq Film Festivalının “Centrepiece” bölməsində təqdim ediləcək.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər