“Qış yumurtası” rekord qiymətə hərraca çıxarılır

“Qış yumurtası”  rekord qiymətə hərraca çıxarılır
28 noyabr 2025
# 17:02

Rusiya imperatoru II Nikolayın məşhur “Qış yumurtası” yenidən hərraca çıxarılır və qiymətinin 26 milyon dollardan yuxarı olacağı gözlənilir.

Kulis.az xəbər verir ki, imperatorun anasına Pasxa hədiyyəsi kimi sifariş etdiyi bu nadir əsər 2 dekabrda keçiriləcək “Qış yumurtası və "Faberge"nin şahzadə kolleksiyasından əhəmiyyətli əsərlər” adlı hərracda satışa təqdim olunacaq.

Dağ kristalından oyulan, almazlarla bəzədilən və qar dənəsi naxışları ilə işlənən yumurta "Faberge" sənətinin ən möhtəşəm nümunələrindən sayılır.

“Qış yumurtası” daha əvvəl iki dəfə - 1994-cü ildə Cenevrədə və 2002-ci ildə Nyu-Yorkda satılıb və hər dəfə auksionda dünya rekorduna imza atıb. Əsər sonuncu dəfə 9,6 milyon dollara alınıb.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər