Oktay Kaynarca: “Alnım açıq, başım dikdir"

Oktay Kaynarca: “Alnım açıq, başım dikdir"
13 yanvar 2026
# 14:56

İstanbul Baş Prokurorluğunun məşhurlar arasında apardığı narkotik istintaqı çərçivəsində tanınmış aktyor Oktay Kaynarca saxlanılıb.

Kulis.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama yayan Kaynarca ittihamları qəbul etmədiyini bildirib.

Aktyor “Alnım açıq, başım dikdir. Narkotiklə mübarizənin hər zaman yanındayam” sözləri ilə mövqeyini ifadə edib.

O, məhkəmə-tibbi ekspertiza prosesinin davam etdiyini və nəticələr açıqlanandan sonra ictimaiyyətin ətraflı məlumatlandırılacağını qeyd edib. Uzun illərdir narkotiklə mübarizə mövzusunda həssas mövqe tutduğunu vurğulayan Kaynarca bu istiqamətdə aparılan bütün qanuni tədbirləri dəstəklədiyini deyib.

Məlumata görə, istintaq çərçivəsində müğənni Emel Müftüoğlu və daha dörd nəfər də saxlanılıb.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər