Oğuzhan Uğur həbs edildi

Oğuzhan Uğur həbs edildi
21 iyul 2026
# 10:46

Türkiyədə “Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur da daxil olmaqla daha doqquz nəfər həbs edilib.

Kulis.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 10 nəfərin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində başa çatıb.

Məhkəmənin qərarı ilə Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq “cinayətkar təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılır.

İstintaq materiallarına əsasən, şübhəlilərin bir-birilərinə iri məbləğdə pul köçürdükləri, qumar hesablarına yüksək məbləğlər yatırdıqları və qısa müddətdə çoxsaylı daşınmaz əmlak əməliyyatları həyata keçirdikləri iddia olunur.

Qeyd edək ki, iyulun 12-də keçirilən əməliyyat zamanı “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarla birlikdə iş üzrə həbs olunanların sayı 18-ə çatıb.

İstintaq çərçivəsində dərnəyin və bəzi şübhəlilərin aktivlərinə də həbs qoyulub.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər