Türkiyəli müğənni Nilüfər koronavirusa yoluxub.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, yüksək qızdırma səbəbilə getdiyi xəstəxanada virusa yoluxduğunu öyrənən sənətçi artıq müalicəyə başlayıb.
Bu barədə o, sosial şəbəkə hesabında qeyd edib:
"Müalicəm xəstəxanada davam edir. Dəyərli həkimlərimizin sayəsində tezliklə sağalacağam. Xəstəliyimə görə sentyabrın 22-də baş tutacaq konsertimi oktyabrın 14-nə təxirə salmalı oldum".