Nəsibə Zeynalovanın nadir fotoları - İlk dəfə

Nəsibə Zeynalovanın nadir fotoları - İlk dəfə
13 may 2024
# 18:00

Azərbaycan Dövlət Film Fondu mərhum Xalq artisti Nəsibə Zeynalovanın nadir fotolarını yayımlayıb.

Kulis.az xəbər verir ki, fond bu barədə sosial media hesablarında məlumat yayıb.

Məlumatda deyilir:

"Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər “Qayınana” filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir. Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür".

# 643 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #