Ən çox oxunan kitabların virtual sərgisi təşkil olunub

Ən çox oxunan kitabların virtual sərgisi təşkil olunub
13 aprel 2020
# 14:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı) layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil edib.

Virtual sərgi #evdəqal çağırışına dəstəkdir. Virtual sərgi aktuallığı ilə maraq doğurur. Burada müasir oxucuların ən çox oxuduqları kitablar yerləşdirilib.

Sərgilənən kitabları seçmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılan “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” olan kitabların mütaliəsini analiz edib. Nəticədə son yeddi ildə müxtəlif ölkələrdə yaşayan oxucular tərəfindən ən çox oxunan beş kitab müəyyən edilib. /azertag.az/

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

# # #