Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü

Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü
18 aprel 2025
# 12:28

Toyda dava edən müğənni Kərim Abasovun ölkədən çıxışına qadağa aradan qaldırılıb.

Kulis.az xəbər verir ki, müğənni hava limanından foto paylaşaraq Rusiyaya getdiyini göstərib:

"Gedək, tur ataq, beynimiz dincəlsiz. Daha yerdə gəzmək bəsdir".

"Onların həbs olunmasını istəmirəm"

Xatırladaq ki, Kərim ötən ilin sentyabrında toy məclislərinin birində döyülməsi xəbəri yayılmışdı. Onun fonoqram oxuduğu üçün toyda olan qonaqlar tərəfindən döyüldüyü deyilirdi. Barmağı zədələnən ifaçıdan qarşı tərəf də polisə şikayət etmişdi.

Kərim verilişlərin birində həmin şəxsləri bağışlamağa hazır olduğunu bildirmişdi. O, bunun səbəbini isə belə izah etmişdi:

"Baxmayaraq ki, toyda istifadə etdiyim qulaq cihazı və səs aparatım qırılıb, paltarlarım cırılıb, barmağım sınıb, amma onların həbs olunmasını istəmirəm. Çünki hərəsinə bir cəza verəcəklər, onların balalarının gözünü yolda qoymaq istəmirəm".

# 191 dəfə oxunub

Müəllifin son yazıları

# # #