Məşhur türk aktyor vəfat etdi

Ayberk Pekcan, aktyor

Ayberk Pekcan, aktyor

24 yanvar 2022
# 18:41

Məşhur türk aktyor Ayberk Pekcan 51 yaşında uzun müddətdir əziyyət çəkdiyi ağciyər xərçəngindən vəfat edib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, aktyor Mersində müalicə aldığı xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Ayberk Pekcan “Kurtlar Vadisi”, “Yaprak Dökümü”, “Keşanlı Ali Destanı” kimi məşhur seriallarda rol alıb. 2012-ci ildə 23-cü Ankara Beynəlxalq Film Festivalında “Ən yaxşı köməkçi kişi aktyor” mükafatını alıb.

# 5079 dəfə oxunub

Müəllifin son yazıları

# # #