Böyük Britaniyanın məşhur “Coldplay” rok qrupu 7 illik fasilədən sonra 2023-cü il mayın 24-25-də Barselonanın Olimpiya Stadionunda çıxış edəcək.
Kulis.az xəbər verir ki, tur çərçivəsində Kris Martinin rəhbərlik etdiyi qrup, həmçinin Portuqaliya, Böyük Britaniya, İtaliya, İsveçrə, Danimarka, İsveç və Hollandiyada geniş konsert proqramı ilə pərəstişkarların görüşünə gələcək.