Məşhur rəssamın əsəri rekord qiymətə satıldı

Məşhur rəssamın əsəri rekord qiymətə satıldı
19 noyabr 2025
# 11:52

Məşhur avstriyalı rəssam Qustav Klimtin "Elizabet Ledererin portreti" adlı tablosu Nyu-Yorkda keçirilən hərracda 236,4 milyon dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi X-şəbəkə hesabında satış elan edib.

Onun sözlərinə görə, rəsm bütün auksion satışları tarixində müasir incəsənət seqmentində ən bahalı lot olub.

Qeyd edək ki, rəsm Klimtin yaradıcılığını dəstəkləyən varlı himayədarların qızı Elizabet Ledereri təsvir edir.


# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər