Məşhur rejissordan yeni layihə

Məşhur rejissordan yeni layihə
2 oktyabr 2026
# 10:40

90 yaşlı amerikalı kinorejissor Vudi Allen karyerasının 51-ci filmini təqdim etmək üçün İspaniyanın paytaxtı Madridə gəlib.

Kulis.az xəbər verir ki, adı "Wasp 2026" olan romantik komediyanın çəkilişlərinə oktyabrın 5-də start veriləcək.

Filmin təqdimat mərasimində Madrid Meriyası və Regional Hökuməti layihəyə ümumilikdə 3 milyon avro dəstək verəcəklərini açıqlayıblar.

12 milyon avro büdcəsi olan film diplomatik mühitdə cərəyan edən xəyanət, romantika və intriqalardan bəhs edəcək.

Ekran əsərinin baş rollarında Aleksi Vasser, Cemima Körk, Peter Vives və Marton Çokas yer alır.

Qeyd edək ki, çəkilişlərin altı həftə ərzində Madrid və Aranjuesdə aparılması planlaşdırılır.

# 48 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər