Məşhur Hollivud ulduzunun kostyumu 260 min dollara satıldı

Məşhur Hollivud ulduzunun kostyumu 260 min dollara satıldı
26 aprel 2023
# 11:30

Hollivud ulduzu Con Travoltanın “Şənbə gecəsi qızdırması” filmində geyindiyi ağ rəngli üç parçalı kostyum Kaliforniyada keçirilən hərracda 260 min dollara satılıb.

Kulis.az xarici medialara istinadən xəbər verir ki, ağ rəngli üç parçalı kostyumu Travolta yerli diskotekada rəqs edərək həyatının reallıqlarından qaçmağa çalışan Bruklinli gənc İtalyan-Amerikalı Toni Manero rolunu oynayarkən geyinib.

Hitə çevrilən film bütün dünyada diskoteka musiqisinin populyarlaşmasına kömək edib və Travolta parlaq performansına görə Ən Yaxşı Aktyor Oskarına namizəd olub.

Siyahıda kostyum "kino tarixinin ən ikonik kostyumlarından biri" kimi təsvir edilib və onun Paramount Studios və Travoltanın özünə məxsus olduğunu bildirən məktublarla gəldiyi deyilib.

# 701 dəfə oxunub

Müəllifin son yazıları

# # #