"Emmerdale" serialının britaniyalı məşhur aktyoru Sam Qannon 31 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, "ITV" kanalında yayımlanan uzunömürlü "Emmerdale" serialında Kev obrazı ilə tanınan aktyor ABŞ-nin Kaliforniya ştatında ailəsini ziyarət edərkən qəfildən dünyasını dəyişib.
Sənətçinin anası oğlunun uşaqlıqdan ürək xəstəliyindən əziyyət çəkdiyini və son aylarda bu problemin yenidən kəskinləşdiyini bildirib.
Əsasən teatr səhnələrindəki rolları, musiqi istedadı və enerjisi ilə tanınan aktyorun xatirəsini yaşatmaq üçün ailəsi və yaxınları gənc teatr xadimlərinə dəstək məqsədilə xüsusi fond təsis ediblər.
Qeyd edək ki, Sam Qannon "Emmerdale" serialı ilə yanaşı, "Tales of Bacon" layihəsində və "Babes with Blades" filmində də rol almışdı.