Mehriban Əliyeva Türkmənbaşı şəhərində sərgilərlə tanış olub

Mehriban Əliyeva Türkmənbaşı şəhərində sərgilərlə tanış olub
14 dekabr 2022
# 18:52

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarətdir.

Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunur.

Eyni zamanda, sərgidə milli “ume” ayini icra olundu, türkmən təbiətinin gözəlliyini və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edildi.

Sonra türkmən qızlar folklor mahnıları ifa etdilər, toy adət-ənənələri təqdim olundu. Həmçinin yerli qadınların hazırladıqları keramika nümunələri, tikmələr, keçə xalçalar qonaqlarda xoş təəssürat yaratdı.

Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edildi.

Sonda konsert proqramı və Türkmənistanın milli geyimləri nümayiş olundu.

Mehriban Əliyeva Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub

# 1279 dəfə oxunub

Müəllifin son yazıları

# # #