Madonna Türkiyəyə dəstək oldu

Madonna Türkiyəyə dəstək oldu
15 fevral 2023
# 11:20

Məşhur pop musiqi sənətçisi müğənni Madonna Türkiyədə baş vermiş zəlzələyə laqeyd qalmayıb.

Kulis.az xəbər verir ki, sənətçi instaqram hesabında hadisəni əks etdirən fotoları paylaşmaqla zəlzələdə zərərçəkənlərə dəstək olub. Paylaşımda qeyd olunub:

“Sevgililər Günündə hamı sevgidən danışır! Gəlin, bütün sevgimizi, enerjimizi bu genişmiqyaslı zəlzələdə böyük itki və dağıntılardan əziyyət çəkən Türkiyə və Suriyaya göndərək. 33 181 nəfər dünyasını dəyişib. Çoxları orada evlərini və iş yerlərini, eləcə də yaxınlarını itirib. Şəhərlər tamamilə dağılıb. Bu, çox kədərlidir! Yardım etmək üçün ən yaxşı yer —ahbap.org-dur”.

Qeyd edək ki, Madonnanın instaqram hesabında 12 paylaşım var. Onlar arasında ən çox bəyənmə toplayan məhz Türkiyə ilə bağlı paylaşımıdır.

# 939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #